Gündəm

Kontakt Home müştərilərə qarşı hörmətsizlik edir

Kontakt Home müştərilərə qarşı hörmətsizlik edir

Kontakt Home mağazalar şəbəkəsində olan müştərilərə qarşı məsuliyyətsizlik və qeyri-ciddi yanaşmalar davam edir.Şəxsən özüm bu hallarla bir neçə dəfə qarşılaşdığım üçün bu haqda məqalə hazırlamalı oldum.Keçən il Kontakt Home mağazasından online kreditlər Samsung A51 mobil telefonu sifariş etdim.Pandemiya dövrünə düşdüyü üçün gecikdirmələr yarandı və Kontakt Home haqlı olaraq mobil telefonun İMEİ kodunu söndürdü və telefon zənglər üçün yararsız hala düşdü.Daha sonra Kontakt Home-dən kredit yenilənməsi ilə bağlı mesaj gəldi və mən 10 mart tarixində müqaviləni yeniləmək üçün Kontakt Home-nin 28 may filialına yaxınlaşdım.Əvvala onu deyim ki, *6060 nömrəsinə zəng etdikdə məni filialda kassaya yaxınlaşıb ödəniş etməyimi xahiş etdilər.Amma mən filialda kassaya yaxınlaşdıqda yox bütün borcu ödəməlisiz deyildi.Dedim bəs mənə mesaj gəlib müqavilə təzələnməsi ilə bağlı onun hamıya gəldiyini boş şey olduğu deyildi kassadan.Daha sonra yenidən *6060 nömrəsinə zəng etdim və bu dəfədə mənə müqavilə təzələnməsi ilə bağlı heç bir köməyliyinin göstərilmiyəcəyi deyildi.Daha sonra mən şikayət və iradlar bölməsinə bağlandım və daha sonra Mina adlı xanım mənə köməklik göstəriləcəyini, sms-in doğru gəldiyini və filialda olan kredit şöbəsinə yaxınlaşmağımı dedi.Filialda müqavilə yeniləndi, mən 33.8 qəpik aylıq ödəniş üçün və 20 azn İMEİ kodun açılması ilə bağlı yəni cəmi 53.8 qəpik ödəniş etdim.Telefonda İMEİ kodların 24-48 saatlar ərzində açılacağı deyilsədə, 5 dəfə *6060 nğmrəsinə zəng etməyimə baxmayaraq hələdə nə müraciətimə baxılır..nədə ki məsələ həll edilir.Kontakt Home-a zəng etdiyim halda isə mənim bütün kredit bağlanmalı olduğunun məcburiyyəti deyilir.Sonra mən deyəndən sonra ki mən müqaviləni yeniləmişəm yenidən deyirlər doğru deyirsiniz amma hələdə məsələ öz həllini tapmır.Mənə maraqlı olan odur ki, Kontakt Home niyə görə müştərilərə bu qədər saymamazlıq edir və müştərilərin vaxtını alır?Dəfələrlə redaksiyamıza Kontakt Home-la bağlı şikayətlər daxil olur.
www.korrupsiya.com