Gündəm

Cəbrayıl Xanlarov milyonlarla rüşvət müqabilində Abşeronda “beton cəhənnnəmi” yaradıb

Cəbrayıl Xanlarov milyonlarla rüşvət müqabilində Abşeronda “beton cəhənnnəmi” yaradıb

Agentlik rəisi Kəmaləddin Heydərova necə xəyanət edir?
Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi
Cəbrayıl Xanlarov son iki ildə Abşeronda sözün həqiqi mənasında “beton cəhənnəmi” yaradıb.
Belə ki, tikinti şirkətlərindən, müxtəlif iş adamlarından külli miqdarda rüşvət alan agentlik sədri,
Abşeron rayonunu özü boyda tikinti meydançasına çevirib. Mərtəbə və mənzil sayından asılı
olaraq, hər bina üçün iş adamlarından 200-600 min manat məbləğində rüşvət alan bu şəxs,
tikintidə təhlükəsizlik məsələsinə də ancaq dollar prizmasından yanaşır. Yəni tikinti üçün
Cəbrayıl Xanlarovun cibini dolduran şəxs bununla tikintidə təhlükəsizlik problemini də həll
etmiş olur. Əmin olur ki, daha onun inşa etdiyi binanın təhlükəsizlik şərtlərinə nə dərəcədə cavab
verdiyini kimsə araşdırmayacaq.
Cəbrayıl Xanlarovun pula olan sevgisi sayəsində Masazır və Xırdalanda bir-birindən
keyfiyyətsiz binaların sayı sürətlə artmaqdadır. Tikinti normalarına cavab verməyən bu binalar
Abşeronun görüntüsünə xələl gətirməklə yanaşı, vətəndaşların həyatı üçün də real təhlükə
yaradır.
İşin ən maraqlı tərəflərindən biri isə ondan ibarətdir ki, Cəbrayıl Xanlarov öz qanunsuz
əməllərinə bəraət qazandırmaq üçün nazir Kəmaləddin Heydərovun adından istifadə edir, tikinti
icazələrinin məhz fövqəlnazir tərəfindən verildiyini bildirərək, qiymətlərin də məhz onun
tərəfindən müəyyən edildiyini vurğulayır. Cəbrayıl Xanlarov bu yolla istənilən tikinti icazəsinin
vaxtını aylarla uzada, bu yolla qiyməti bir neçə dəfə artıra bilir ki, bu da agentlik rəisinə böyük
vəsaitlər qazandırır. Nazir Kəmaləddin Heydərovun adını bədnam etməklə özünə milyonlar
qazanan Cəbrayıl Xanlarov, öz rəhbərinə xəyanət etməyi yaşam tərzinə çevirib. O, məhz bu cür
bəd əməllərlə özünə böyük biznes imperiyası formalaşdırıb ki, bu haqda gələn yazılarımızda
bəhs edəcəyik.

yenisoz.az