Gündəm

İran xarici işlәr naziri Bakıya gəldi

İran xarici işlәr naziri Bakıya gəldi



İranın xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Bakıya gəlib.

Metbuat.az-ın məlumatına görə, nazir Bakıda verdiyi açıqlamada bildirib ki, İran dost vә qardaş Azәrbaycanın öz әrazilәrini işğaldan azad etmәsinә vә bu әrazilәrin Azәrbaycan xalqının nәzarәtinә keçmәsinә sevinir.
Zәrif әlavә edib ki, sabah Azәrbaycan tәrәfi ilә Qarabağ, Qarabağda stabilliyin qorunması, azad edilәn әrazilәrin bәrpası, regional әmәkdaşlıq, Şimal-Cәnub vә Cәnub-Qәrb dәhlizlәri haqda müzakirәlәr aparılacaq.

İran xarici işlәr naziri Azәrbaycandan sonra Rusiya, Gürcüstan, Ermәnistana, daha sonra Türkiyәyә sәfәr edәcәyini deyib. (Trend)

Oxşar xəbərlər