Azərbaycanda vurulacaq Covid-19 vaksini haqda nə bilinir?
Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi oldu. Şirkət koronavirus vaksinindən başqa, hepatit A və B, H5N1 quş qripi virusu, H1N1 donuz qripi və mövsümi qrip viruslarına qarşı peyvəndlər hazırlayır.
Türkiyəyə "CoronaVac" vaksinin ilk partiyası dekabrın sonlarında çatdırılıb. Qeyri-rəsmi məlumatda Covid 19 peyvəndinin Azərbaycana çatdırıldığı iddia edilsə də, peyvəndləmə işlərini aparan Səhiyyə Nazirliyi bu məsələni nə təkzib, nə də təsdiq edir.
MDB-nin dekabr sammitində Prezident İlham Əliyev çıxış edərkən peyvənd proqramının Azərbaycanda 2021-ci ilin əvvəllərində başlayacağını bildirmişdi.
bbc.com