Gündəm

Nəsimi Əsədov fenomeni Böyük yeyintinin müəllifi xalqa xidmətə çatanda niyə “balaca adam”ı oynayır

Nəsimi Əsədov fenomeni Böyük yeyintinin müəllifi xalqa xidmətə çatanda niyə “balaca adam”ı oynayır

Son günlər ölkə mediasında Laçın Abadlıq Xidmətinin rəisi Nəsimi Əsədovun qanunsuz
əməlləri, habelə, qaranlıq yollarla əldə etdiyi böyük sərvətlər haqqında maraqlı məlumatlar yer
almaqdadır. Uzun illərdir ki, Bakı Abadlıq Xidmətinin direktor müavini kimi büdcə pullarına
qənim kəsilən, yalnız özünə deyil, bütün nəsil-nəcabətinə “gün ağlayan” Nəsimi Əsədov, hazırda
Laçını soyub soğana çevirməkdədir.
Sadə görünüşü ilə böyük pulları səssizcə və “təvazökar şəkildə” yeyən Nəsimi Əsədov, xalqa
münasibətdə də qeyri-səmimi mövqe sərgiləməkdədir. Böyük yeyinti müəllifi olan bu şəxs Laçın
sakinlərinin ehtiyaclarını ödəmək, onları narahat edən problemlərin həllindən canını qurtarmaq
üçün olduqca hiyləgər taktika sərgiləyir. Belə ki, Nəsimi Əsədov ondan hər hansı məsələ ilə
bağlı köməklik istəyən Laçın sakinlərinə “balaca adam” olduğunu, qərar vermək üçün heç bir
real yetkiyə malik olmadığını bildirir. Bununla da, Xidmət rəisi sadəcə bugünkü deyil, gələcək
problemlərdən də “canını qurtarır”, bütün gücünü və zamanını büdcə pullarının
mənimsənilməsinə sərf edir.
Dövlətin pulunu Ərəbzəngi kimi cibinə axıdan Nəsimi Əsədovun xalqa xidmətə çatanda
məzlumi binəvaya çevrilməsi vətəndaşlar tərəfindən haqlı olaraq narazılıqla qarşılanmaqdadır.
Laçıln sakinləri ümid edir ki, əlaqədar qurumlar Nəsimi Əsədovla bağlı məsələni araşdıracaq,
onun qanunsuz yollarla əldə etdiyi milyonlarla manat vəsaitin dövlət büdcəsinə qaytarılması
təmin olunacaq.