Gündəm

Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı...

Dövlət “Laçını abad et” dedi, o isə özünə “Lexus” aldı, qoşa villa ucaltdı...

Son bir ildir ki, Laçnda, eləcə də Zabuxda inşa edilən evlərin keyfiyyətsizliyi ilə bağlı ölkə
mediasında, sosial şəbəkələrdə çoxlu məlumatlar yayılmaqdadır. Yayılan video görüntülərdən də
görünür ki, tikilən evlərin bir qismi həqiqətən də çox keyfiyyəsizdir və öz-özünə uçub tökülür.
Tikililərin keyfiyyətsiz olmasına səbəb isə tikinti işinə ayrılan vəsaitlərin mənimsənilməsidir.
Buna görə isə məsuliyyət heç şübhəsiz əlaqədar qurum və şəxslərin üzərinə düşür. Laçında
aparılan tikinti işlərinə görə məsuliyyət daşıyan şəxslərdən biri, bəlkə də birincisi “Bakı Abadlıq
Xidməti” MMC-nin direktor müavini, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədovdur.
Bir neçə ildir ki, “Bakı Abadlıq Xidməti” MMC-nin direktor müavini işləyən Nəsimi Əsədov,
Laçında tikinti işləri başlayandan sonra şəxsi büdcəsini sürətlə genişləndirməyə, sahib olduğu
daşınmaz əmlakların sayını artırmağa başlayıb. “Laçın Abadalıq Xidməti”nin rəhbəri kimi bütün
tikinti prosesinə rəhbərlik edən bu şəxs, özünə “Lexus” markalı bahalı avtomobil alıb,
Ceyranbatan qəsəbəsində qoşa villa inşa edib. Hər biri bir milyon manat dəyərində oıan villaların
həyətində nəhəng hovuzlar, böyük meyvə bağları mövcuddur.
Laçınlıların doğma yurda köç etdiyi bir vaxtda Nəsimi Əsədov öz ailəsini Bakı həyatından
ayırmır. Belə ki, onun övladları Bakıda rus sektorunda təhsil almaqda, xüsusi sürücü və
baxıcıların qulluğundan faydalanmaqdadır.
Bundan başqa, Nəsimi Əsədov bütün yaxın qohumlarını ətrafına yığaraq onları Laçında mühüm
vəzifələrə, önəmli postlara təyin etdirib. Sürücüsündən tutmuş köməkçilərinə, rayon idarə
rəhbərlərinə qədər bütün şəxslər Nəsimi Əsədovun qohumlarından ibarətdir.
Sinif yoldaşları da Nəsimi Əsədovun səxavətindən yararlanan şəxslər siyahısındadır. Onların da
bir çoxu məhz Nəsimi Əsədovun dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alıb. Nəsimi Əsədovun
orta təhsilli, vaxtiylə Sumqayıtda dəllək şləyən qardaşı Rauf Əsədov isə Laçın işıq idarəsinin
müdiri vəzifəsində çalışır. Bir sözlə, Laçın faktiki olaraq Nəsimi Əsədov tərəfindən
özəlləşdirilib.
Ümid edirik ki, əlaqədar qurumlar Nəsimi Əsədovun fəaliyyətini (eləcə də fəaliyyətsizliyini)
araşdıracaq, bu şəxsin bunca böyük sərvətə hansı yolla sahibləndiyinə, adi dəllək işləyən
diplomsuz qardaşını müdir vəzifəsinə necə ytəyin etdirdiyinə aydınlıq gətirəcək.