Gündəm

QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib

QMİ sədrinin Dağlıq Qarabağla bağlı müraciətinə Vatikandan cavab gəlib




Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə 44 gün davam edən Vətən müharibəsində dünyanın dini liderlərinə, nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı.

QMİ-dən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Roma Papası Fransiskə göndərdiyi məktuba Vatikandan cavab gəlib. Vatikan Dövlətinin katibliyinin rəhbər əvəzi Edgar Pena Parranın imzası ilə daxil olan sənəddə deyilir:

“Zati-aliləri, Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyətlə bağlı Roma Papası Fransisk həzrətlərinə göndərdiyiniz son məktuba görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-müqəddəsləri Papa Fransisk Sizin məktubunuzu diqqətlə oxuyub, hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar edir”.

Oxşar xəbərlər