Bədəl Bədəlov bundan sonra milyonlarını deputat çətiri altında qoruyacaq
Məlum olduğu kimi, SOCAR-ın sabiq vitse-prezidenti Bədəl Bədəlov cari parlament
seçkilərində 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisə üzv seçilib. Adı hər
zaman rüşvət və korrupsiyada hallanan Bədəl Bədəlovun parlamentdə təmsil olunmağına səbəb
isə, onun bunca illər ərzində yığıdığı yüz milyonlarla manatlıq srəvəti hifz etmək, qorumaq
istəyidir.
SOCAR-ın vitse-prezidenti postundan uzaqlaşandan sonra qanunsuz yollalarla əldə etdiyi böyük
sərvəti itirmək riski ilə üzləşən Bədəl Bədəlov, üzləşdiyi problemdən məhz deputat mandatına
sahib olmaqla xilas olmaq niyyətindədir. Bədəl Bədəlov hesab edir ki, deputat toxunulmazlığı
ona illər uzunu korupsiya və talançılıq yolu ilə əldə etdiyi milyonları qorumağa, öz biznesini
uğurla davam etdirməyə imkan verəcək.
Parlament tribunası Bədəl Bədəlova həm də müəyyən şəxs və dairələrə hədə-qorxu gəlmək,
onları müəyyən məsələlərdə bazarlığa getməyə vadar etmək üçün lazımdır. Ehtimal ki, bunca
illər ərzində hakimiyyət və biznes piramidasının zirvələrində qərarlaşan Bədəl Bədəlov, bundan
sonra onun biznesi və sərvəti üçün təhlükə kəsb edən şəxs və qurumları Milli Məclisdə tənqid
edəcək, bu yolla onlara çəkindirici təsir göstərməyə çalışacaq. Bu tənqiddən sonra Bədəl
Bədəlov və onun yaxın çevrəsinin maraqlarına toxunan istənilən addımı isə özünə qarşı “qisas
əməliyyatı” kimi dəyərləndirəcək, bundan özünün demokrat imicini formalaşdırmaq üçün
istifadə edəcək.
Gələn yazılarımızda sizi Bədəl Bədəlovun daşınmaz əmlaklarının siyahısı ilə tanış edəcək, onun
hansı vətəndaşların əmlakını əlindən aldığını konkret faktlar əsasında diqqətinizə çatdıracağıq.
yenisoz.az