Gündəm

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə niyə peyvənd vurulmur? -AÇIQLAMA

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə niyə peyvənd vurulmur? -AÇIQLAMA





Məlumdur ki, Azərbaycanda virusa qarşı peyvəndləmə artıq başlayıb. Hamilə qadınlarla bərabər, 18 yaşadək olan şəxslərə Çin istehslı olan "Sinovac" peyvəndi vurulmur.
Maraqlıdır, ölkəmizdə koronavirus əleyhinə vurulan peyvəndlər nə üçün 18 yaşlı gənclərə tətbiq olunmur? Yaxud gələcəkdə sözügedən peyvənd həmin yaş qrupunda olan şəxslərə də tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a pediatr Aytən İsmayılzadə danışıb:

"Xarici ölkələrdə "Sinovac" peyvəndindən ölüm hallarının olması ilə bağlı məlumatım yoxdur. Bizim ölkəmizdə də belə hallar hələki qeydə alınmayıb. 16-18 yaşlı yeniyetmələrin virusa yoluxması, onlarda bununla əlaqədar qalıcı izlərin olması halları baş verib. Buna baxmayaraq, ağırlaşma halları olmayıb. "Sinovac" peyvəndinin təliimatında qeyd olunub ki, minlərlə insanın üzərində təcrübə keçirilib, çox nadir hallarda anflaktik şok reksiyası görülə bilər. Sözügedən yaşda olan insanlara peyvənd vurulmasına ehtiyat edirik. Bilmirik reaksiya necə ola bilər. Bu səbəbə görə həmin yaşda olan yeniyetmələrə vaksin vurulmur.

Peyvəndin özündən ölüm halı olmayıb".

Şəlalə Babayeva