Oqtay Şirəliyev və Ramin Bayramlıya vurulan əslində nədir? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.
TƏBİB-dən verilən sorğuya cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində "only for clinical trial" yazılıb.
"Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində, tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və bir nəfərlik flakonlara üstünlük verib" -deyə sorğunun cavabında bildirilir.
Qeyd edək ki, insanlarda vaksinlərin kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulması adı ilə sözügedən şəxslərə vurulması yenidən suallara yol açıb.
Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor dil Qeybulla açıqlama gətirib:
"Klinik trayl, yəni çalışmalar vaksinin sınaqdan keçirilməsidir. Yəni bunu dedikdə sınaqdan keçirilməyə hesablanan vaksin dozaları nəzrədə tutulur.
Sözügedən Çin vaksinini deyə bilmərəm, amma digər Sputnik vaksini var ki, onlar birdəfəlik vurulmaq üçün hesablanır. Həmin zaman vaksinin effekti birdəfəlik olduğu üçün aşağı düşür. Ola bilər ki, bu məqamda da bu cür varintlar olsun. Ona görə demək çətindir. Hər halda klinik çalışmalar dedikdə bu nəzərdə tutulur".
Şəlalə Babayeva
Sonxeber.az
korrupsiya.com
ozunuzu qoruyun !!!