Gündəm

Azərbaycanda taksilərdə gediş haqqı BAHALAŞACAQ?

Azərbaycanda taksilərdə gediş haqqı BAHALAŞACAQ?







Məlumdur ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Yanacağın bahalaşması ilə əlaqədar ekspertlər bəzi xidmət sahələrində bahalaşmanın olacağı proqnoz edir. Bu sahələrın sırasında rəqabət mühitində işləyən taksilər də dayanır. Bəzi şirkətlərin isə qiymətlərində özəl artımı, yəni nisbətən komfort xidmət göstərməsinin olması, onların xidmət haqqının artımına gətirəcəkmi?

Bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

"Taksi fəaliyyəti Azərbaycanda nisbətən rəqabətli bazar formalaşdırıb. Bu əsasən Bakı şəhəri üçün spesifikdir. Bununla yanaşı digər böyük şəhərlərimizdə də rəqabət aparan taksi şirkətləri mövcuddur. Taksi qiymətlərinin arıtılmasından narahat olmağa dəyməz. Ola bilsin ki, yanacağın qiymət artımının psixoloji təsiri ilk günlərdə hiss olunsun. Bəzi şirkətlər buna görə tədbir kimi qiymətləri artıra blərlər, amma yenidən yaranmış mühitdə geriyə doğru, ucuzlaşmaya təsir edəcək. Hazırda tək-tək taksi xidmətləri qiymətləri qaldırır. Bu daimi olmayacaq. Rəqabət mühiti qiyməti sabitləşdirməyə kömək edəcək.

Ümumi nəticəyə gəlmək olar ki, taksi fəaliyyətində qiymətlərin artması gözlənilən deyil. Taksi fəəliyyətində bəziləri başqa yollar axtaracaqlar. Yəni məsrəfləri qarşılamaq üçün benzin yanacağından maye-qaz yanacağına keçməklə kiçiltməyə çalışacaqlar".

Şəlalə Babayeva

Oxşar xəbərlər