Nazirdən dərslərin başlanması ilə bağlı açıqlama
Son günlər sosial şəbəkələrdə dərslərin yenidən başlayacağı ilə bağlı məlumatlar yayılıb.
Sözügedən məsələ ilə bağlı təhsil naziri Emin Əmrullayev Unikal.org-a açıqlama verib.
Nazir bildirib ki, bununla bağlı qərar qəbul ediləcək: "Hələki tədrisin ənənəvi qaydada keçirilməsi ilə bağlı qərar yoxdur. Dərslərin başlaması Baş nazir Əli Əsədovun yaxın günlərdə verəcəyi qərardan asılı olacaq. Yanvar ayının 22-də mənim iştirakım ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək".
Sonxeber.az
korrupsiya.com