Dünya

BƏƏ də Rusiya peyvəndini təsdiqlədi

BƏƏ də Rusiya peyvəndini təsdiqlədi


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya istehsalı olan “Sputnik V” koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDİF) məlumat yayıb.

““Sputnik V” peyvəndi BƏƏ-də Rusiyada 33 mindən çox insanın iştirak etdiyi III mərhələ klinik sınaqların nəticələrinə əsasən, sürətləndirilmiş prosedurun bir hissəsi kimi qeydiyyata alınıb.

BƏƏ Rusiyanın Yaxın Şərqdəki əsas tərəfdaşlarından biridir. “Sputnik V”nin BƏƏ-nin milli peyvənd portfelinə daxil edilməsi qərarı əhalinin qorunmasında mühüm addımdır”,- deyə RDIF rəhbəri Kirill Dmitriyev bildirib.

Peyvənd daha öncə Belarus, Argentina, Macarıstan, Boliviya, Serbiya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda oxşar təcili istifadə icazəsi ilə qeydə alınıb.

Vaksin BƏƏ-yə RDIF-in Hindistan, Çin, Cənubi Koreya və digər ölkələrdəki beynəlxalq tərəfdaşları tərəfindən təmin ediləcək.


korrupsiya.com