Siyasət

Ermənilər Bakını da “özünküləşdirdilər”... - Gürcü alimlərdən şapalaq kimi cavab

Ermənilər Bakını da “özünküləşdirdilər”... - Gürcü alimlərdən şapalaq kimi cavab

Ermənilərin tarixi saxtalaşdırmaq, özləri üçün yalançı bir keçmiş düzəltməsi sirr deyil. Uzun illərdir formalaşmış bu məsələ dünyada “erməni xəstəliyi” kimi qəbul olunur. Hətta siyasi çevrələr belə bu termindən geniş istifadə edirlər.

JAMAZ.İNFO xəbər verir ki, ermənilər zaman-zaman nəinki Azərbaycan ərazilərinə, Gürcüstana, Türkiyəyə, İrana, hətta İsrail torpaqlarına da iddia ediblər. Hətta onların elə “alimləri” var ki, dünyanın yarısının ermənilərə məxsus olduğunu iddia edir. Üstəlik, özlərini “bəşəriyyətin atası” hesab edənlər də az deyillər.

Bu sərsəmliyin, saxtakarlığın haradan yarandığını araşdırmaq tarixçilərin işidir. Laklin bəlli olan vacib bir məsələ var ki, qeyd olunmalıdır. Ermənilərin saxtakar olması, özlərinə yalançı tarix düzəltmələri onların keçmişlərində heç vaxt tarixi uğurlarının olmamasıdır. Yəni, bir xalq olaraq ermənilər natamamlıq kompleksindən əziyyət çəkirlər. Başqa xalqlardan fərqli olaraq, keçmişlərində tutarlı bir hadisə və mühüm bir fəaliyyətləri olmadığından özləri üçün yalanlar uydurub, sonra da onu həqiqət olaraq qəbul edərək, xəyallarla yaşayıblar.

Qeyd edək ki, ermənilərin bir xeyli müddətdir sosial şəbəkələr, müxtəlif internet-forumlar üzərində yeni bir iddialarını təbliğatı gedir. Bu “təbliğat” da ondan ibarətdir ki, guya, Bakı şəhərinin əsasını ermənilər qoyub və Azərbaycanın paytaxtı “qədim erməni şəhəri”dir. JAMAZ.İNFO xəbər verir ki, bu məsələni araşdıran “Möhtəşəm Gürcüstan” adlı bloqunda təmsil olunan gürcü alimlər ermənlərin nəinki yalanını çıxarıb, onlara tarix dərsi keçiblər. Bu yazımızda həmin məsələnin qısa özətini təqdim etməyə çalışacağıq.

Əvvəlcə başlayaq, ermənilərin sərsəm iddiasından. Erməni “tarixçilər” deyir ki, guya, Bakının əsasını Arşakilər sülaləsinin banisi, onların “əfsanəvi çar”ları olan I Tridat qoyub. Həmin iddiaya görə, şəhər I əsrin ortalarında inşa edilib. Və şəhərin əsl adı Bakurakert olub. I Bakura isə Tridadtın qardaşı olub və ad da onun şərəfinə verilib. O Bakura ki, Roma İmperiyası ilə döyüşlərdə məğlub olub və əsir götürülüb.

İndi isə keçək “Möhtəşəm Gürcüstan”ın bu məsələylə bağlı cavabına. Gürcü alimlər erməni xəstəliyindən əziyyət çəkən ermənilərin bu cür mənasız iddialarının çox olduğunu, təkcə Azərbaycanla əhatələnmədiyini, həmçinin Gürcüstanı da ehtiva etdiyini bildiriblər. Onlar bildirir ki, ermənilər az qala bütün dünyaya iddia edirlər.

“Onlar üçün hər hansı bir sənəd və sübut əhəmiyyətli deyil. Hər hansı bir məsələı barədə yalan danışırlar. Sübut və dəlil istədikdə, susub qalırlar. Onlar tarixi saxtalaşdırmaqda mahirdilər. Gürcüstanın belə bir ölkə ilə qonşu olması heç də asan məsələ deyil. Və uzun illərdir onların əlindən çəkmədiyi əziyyət qalmayıb”.

Tarixçilər yazır ki, ermənilərin bu sərsəm iddiası hər nə qədər “vətənpərvər”, “romantik” olsa da, bir o qədər real deyil və yalandan ibarətdir.

“Əvvəla I Bakur və I Tridat ayrı-ayrı əsrlərdə yaşayıblar. Onların bir-birlərini görməsi mümkün deyildi. İkincisi Arşakilərin erməni əsilli olmasına dair heç bir tarixi mənbə və sübut yoxdur. Bəli, tarixdə Bakurakert adlı şəhəri olub. Həmin şəhərin də ermənilər tərəfindən inşa edildiyi heç bir şəkildə sübut olunmur. Üstəlik, onun yerləşdiyi ərazi ilə Bakı şəhəri arasında da yüzlərlə kilometr məsafə var. Vaxtıyla Bakurakert şəhərinin yerləşdiyi ərazi hazırda İranda yerləşir”.

Gürcü tarixçilər ermənilərə məsələhət görüblər ki, belə boş və mənasız işlərlə məşğul olmaqdansa, öz tarixlərini düzgün və obyektiv araşdırsınlar. Ki, gələcəkdə belə gülməli vəziyyətə düşməsinlər.

P.S. Maraqlı bir detalı da diqqətinizə çatıdraq. Erməni “tarxiçi”lərindən biri iddia edir ki, hələ xristianlıq yaranmamışdan 5000 il əvvəl ermənilər xristian olublar. Bu azmış kimi, Ermənistanın və ermənilərin ruhani və ideoloji bazasıl olan Erçmizədin kilsəsinin başbilənləri bir qədər də irəli gedərək, İsa Peyğəmbərin (ə) erməni əsilli olduğunu və ermənilərə “Allahın Cəngavərləri” və “Dinin qoruyucuları” adını verdiyini deyirlər.

Həqiqətən də ermənilərdə saxtakarlıq xəstəlik şəklini alıb. Natamam xalq kompleksindən çıxmaqları isə sual altındadır.

Oxşar xəbərlər