Gündəm / Siyasət

Tarixi faktlar bizə nə deyir?

Tarixi faktlar bizə nə deyir?



Mixail Suslov ötən əsrin 30-40-cı illərindən başlayaraq SSRİ-də demək olar ki, bütün məsul ideoloji vəzifələrdə işləyib. Vilayət partiya komitəsinin katibi, Sovet Kommunist partiyasında xarici siyasət və təbliğat şöbələrində müdir, "Paravda" qəzetində baş redaktor, Siyasi Büronun üzvü və kommunist partiyasının baş ideoloqu. Yeri gəlmişkən onun 2 yaşı olanda atası Andrey Andreyeviç ailəsi ilə birlikdə 1904-cü ildə Bakı neft sənayesində işləməyə gəlmişdi. Suslovun uşaqlıq illəri də Bakıda keçib. Həmin dövrdə Bakıda o qədər neft pulları var idi ki, Rusiyanın hər yerindən iş, çörək, macara axtaranların, qəfil varlanmaq arzusunda olanların hamısı Bakıya axışırdı.

Bu postun məqsədi Suslovun həyat hekayəsin təqdim etmək deyil. İndi Sizə Rusiya Ən Yeni Tarix Arxivindən onun Ermənistanla bağlı 20 səhifəlik bir sənədi üzərində qeydlərini görürsünüz. Həmin dövrdə ermənilər Dağlıq Qarabağ və Naxçıvanla bağlı da Mərkəzi Komitəyə tez-tez məktublar yazırdılar. Qeydlər 1969-cu ilin yanvar ayının 24-də edilib. Yalnız məsələyə aid olan digər sənədlər vasitəsi ilə çox çətinliklə müəyyən etmək olur ki, ermənilərin məktubu əvvəlcə Mərkəzi Komitənin Suslovun tabeçiliyində olan ideoloji strukturlarında müzakirə edilib, sonra Azərbaycan və Ermənistan rəhbərliyinə məktubda qaldırılan məsələlərə münasibət bildirilməsi təlimatı verilib. Amma nədənsə az sonra bu təlimat qəflətən geri götürülüb və məsələ qapanıb. Görün Siz uzun illər Sovetlərin baş ideoloqu olmuş Mixail Suslovun bu qeydlərindən bir şey anlaya bilirsinizmi?

Cəmil Həsənli professor.


Tarixi faktlar bizə nə deyir?