Bölgə

Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

44 günlük Qarabağ savaşından sonra rəsmi İrəvan Xankəndinin boşalmasının qarşısını almağa səy göstərsə də, separatçıların məskunlaşdığı bu şəhərdən demək olar ki, hər gün Ermənistana köç var.

Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağda mövqeləri gücləndikcə, bölgədə ikinci erməni dövləti xülyası puç olduqca, Xankəndi də ermənilər üçün əhəmiyyətini itirməyə başlayıb.

Artıq erməni ictimai-siyasi fiqurlar da Xankəndinin boşaldığını dilə gətirirlər. Məsələn, "Şuşadan deportasiya edilmiş erməni əhalisi” adlı QHT -nin rəhbəri Aşot Harutyunyan bu günlərdə rəsmi İrəvanı ittiham edib. O bildirib ki, Qarabağı "satanlar” bu gün əsl vətənpərvər rolundadırlar.

"Onlar "Qarabağda yaşa” deyib, təbliğat aparırlar. Kimə deyirsən, gəl yaşa? Xankəndlilər İrəvana qaçıb, burada ev alıblar. İndi öyrənmək lazımdır ki, ev alanlar kimdirlər”, - deyə o bildirib.

Bundan əvvəl də ermənilərin Xankəndini tərk etməsi barədə məlumatlar yayılıb. Hətta Ermənistanın əmlak satışı saytlarında Xankəndidəki evlərin satılması barədə elanlar da dərc edilib. Proses bu gün də davam edir.

Ekspertlər hesab edir ki, ermənilərin Xankəndini tərk etməsi təkcə sosial problemlər əlaqədar deyil. Əsas səbəb onların artıq Xankəndinin Azərbaycana məxsus olması, azərbaycanlıların digər ərazilərə qayıtdığı kimi bura da qayıdacağını dərk etməsidir.

Bu arada erməni saytlarında məlumat yayılıb ki, separatçı rejimin rəhbəri Araik Arutyunyan artıq "Qarabağ ordusu”nu ləğv etməyi düşünür. Doğrudur, bu xəbəri təkzib edən informasiya resursları da var. Lakin buna baxmayaraq, erməni məbələri Arutyunyanın "ordu”nu ləğv etməsi barədə xəbəri tirajlamaqda davam edir.

Oxşar xəbərlər