GORANBOYDA SAXTA QAZİ ADINDAN İSTİFADƏ EDƏN ANAR SÜLEYMANOV
30 ildən sonra işağal olunmuş torpaqlarımızın 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə artıq tarixin yaddaşına həkk olunub. Bu qələbəni bizə şəhidlərimiz və qazilərimiz bəxş edib. Qanları, canları bahasına əldə olunan Zəfər uşaqdan böyüyə hər kəsin Azadlıq haqqıdır. Ancaq istər Birinci Qarabağ istərsə də İkinci Qarabağ müharibəsində yüzlərlə əsgərimiz qazi olaraq evlərinə dönüb. Dövlətin hər tərəfli qayğısı ilə əhatə olunan qazilərimiz də var özlərini yalançı və saxtakar adlandıran qazilərimiz də. Goranboy rayonunun Xoylu kəndində özünə qazi adı verən saxta qazi kimi . Xoylu kəndinin sakini Anar Süleymanov özünü qazi adlandıraraq sosial şəbəkələrdə əməlli başlı özünü reklam etməklə məşğuldur. Anar Süleymanov özünə qazi adı verərək hətta dövlət orqanlarına şər atmaqdanada çəkinmir. A.Süleymanovun saxta qaziliyi qalsın bir yana O iddia edir ki, ona Goranboy Rayonu İcra Hakimiyyətində döyüb, təhqir ediblər , təzyiq göstəriblər. Görünən odur ki, saxta qazi hələ anlamır ki, Zəfər çalan ölkənin əsl qazisi hər zaman Azərbaycan xalqının hörmətini qazanıb. "DUNYAPRESS" İNFO saytı olaraq həqiqəti öyrənmək və ictimaiyyətə çatdırmaq üçün sözü gedən rayonda olduq, orada sözün əsl mənasında xalq və vətən yolunda qazi olan qazilərimizlə söhbət apardıq, onların adından istifadə edən saxta qazi Anar Süleymanovun əməllərindən zərər görən vətəndaşlarımızla söhbət etdik. Sayt olaraq nəzərə çatdırıq ki, Anar Süleymanovun hansı saxta qazi adilə işlərə əl atdığını və əsl qazilərimiz ə etdiyi hörmətsizliyi eyni zamanda Goranboy Rayon İcra Hakimiyyətinə atdığı şərlə bağlı videolarımızı yaxın saatlarda oxucularımıza təqdim edəcəyik.
Dunyapress.info