Araşdırma

Anar Əliyev (polkovnik-leytenant)

Anar Əliyev (polkovnik-leytenant)



Anar Vaqif oğlu Əliyev (28 avqust 1980; Kəlbəcər, Azərbaycan — 21 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin

şəhidi

, Vətən Müharibəsi Qəhrəmanı.


Həyatı


Anar Əliyev 1980-ci il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub.[1] 1995-1997-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi lisey təhsil alıb.1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi daxil olur, 2001-ci ildə təhsilini başa vuraraq, Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.

Ailəli idi. Bir qızı və bir oğlu yadigar qaldı.

Hərbi xidməti

Anar Əliyev 2001-ci ildə leytenant rütbəsində N saylı hərbi hissələrin birində taqım komandiri kimi xidmətə başlamışdır.

Kapitan Anar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2011-ci il tarixli 1552 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]


Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabannda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi

korrupsiya.com