Xudayar Yusifzadə
Həyatı
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atasını (Müslüm Yusif oğlu ) itirib.[1] Yusifzadələr ailəsində 4 uşaq olublar — 3 qardaş və 1 bacı.[2] Xudayar Yusifzadə ailənin son beşiyi olub.[1] Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib.[1] Subay idi.
Hərbi xidməti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra, Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb.
Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət etmişdir. Füzulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd-keçid məntəqəsində xidmətə başlamışdır. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə könüllü olaraq iştirak etmişdir.
Kəlbəcər rayonu istiqamətində, Murovdağ yüksəklikləri uğrunda döyüşlərdə iştirak edib. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşub. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq düşməni məhv etmişdir. Aldığı ağır yaradan sonra şəhidlik zirvəsinə yüksəlmişdir.
Xatirəsi
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni[5] və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir[6]. 25 dekabr 2020-ci ildə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı[7]. ilə təltif edilmişdir
2020-ci ildə heykəltəraş Jalə Əliyeva tərəfindən büstü hazırlanmışdır.[8][9] 2021-ci ildə heykəltəraş Teymur Qəribov tərəfindən büstü hazırlanmışdır.[10]