SON DƏQİQƏ! İrandan savaşa səbəb olacaq ADDIM – Rusiya isə SAVAŞA QOŞULMAYACAQ
“Regional və qlobal müharibənin Tayvan adasıyla bağlı olacağı ehtimalı daha yüksəkdir”.
korrupsiya.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert böyük güclər arasında Üçüncü Dünya Müharibəsi riskinin getdikcə artdığını bildirib:
“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət naminə və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələrlə başlaya bilər.
Hindistanla Pakistan hər ikisi nüvə silahına malikdir. Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında müharibələr də olub, Kəşmir ixtilafı da bugünə qədər həllini tapmayıb. Buna baxmayaraq, Dehli və İslamabad “qırmızı xətti” aşmamağa çalışırlar, gərginlikdən sonra təmaslara da baş vururlar. Yəni hər iki dövlət müharibə ehtimalını azatlmaq üçün dialoq imkanlarından imtina etmirlər.
İran zaman-zaman Hörmüz boğazını bağlayacağına dair açıqlamalar səsləndirir. Bu çağırışlar Hörmüz boğazından neft daşıyan ərəb ölkələrini və ABŞ-ı narahat edir. Ancaq bu vaxta qədər Tehran boğazı balğalayacaq qədər riskli addım atmayıb. Çünki bunun İrana baha başa gələcəyini anlayır. Bu baxımdan, üçüncü dünya müharibəsinin Hörmüz boğazından başlaya biləcəyi ehtimalı da yüksək deyil. Buna baxmayaraq, İranın nüvə çalışmalarını davam etdirməsi və ABŞ-ın, İsrailin bundan ciddi narahat olması bölgədə müharibə riskini azaltmır”.
Elxan Şahinoğlu yeni dünya müharibəsi potensialına malik olan digər bölgəyə diqqət çəkib:
“Nüvə silahına malik Şimali Koreya qapalı və avtoritar ölkədir. 70 ildən çoxdur Şimali Koreyanı idarə edən ailə zaman-zaman Ameirkanı və qonşusu Cənubi Koreyanı nüvə silahıyla hədələsə də, son anda onlar da dialoqa üstünlük veribər. Əlbəttə, nüvə silahına sahib avtoritar ölkənin hansı addım atacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir, ancaq Pxenyan qonşusuna nüvə silahı atarsa, Amerika Şimali Koreyanı yox edəcək. Başqa dövlətlərin nüvə silahını birinci işlədən Şimali Koreyanın köməyinə tələsəcəyini söyləmək çətindir.
Regional və qlobal müharibənin Tayvan adasıyla bağlı olacağı ehtimalı daha yüksəkdir. Çin bu adanı ələ keçirməyə çalışır. ABŞ isə adanı qoruyur və işğal baş verərsə, Vaşinqton Çinə qarşı cavab aksiyası həyata keçirmək məcbuyyətində qalacaq. Bu savaşda Amerikanın müttəfiqləri – Hindistan, Avstraliya və Yaponiya da seyrçi qalmayacaqlar. Çünki Çinin Tayvanı ələ keçirməsi bu 3 ölkənin təhlükəsziliyinə də ciddi xələl gətirəcək.
Çinin müttəfiqləri çox deyil, strateji tərəfdaşı Rusiya uzaq Tayvan adasında Amerikaya qarşı müharibəyə başlamayacaq. Buna baxmayaraq, Tayvan uğrunda Pekin-Vaşinqton qarşıdurması və regional müharibəsi Kremli çətin seçimə sürükləyəcək”.