Dünya və Avropa çempionumuz Norveçdə mübarizəyə qoşulur
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında son iki sərbəst güləşçimiz mübarizəyə qoşulacaq.
Oxu.az-ın xəbərinə görə, bunlar Tokio Olimpiadasının iştirakçısı, 23 yaşadək idmançılar arasında dünya, gənclərdə ikiqat Avropa, yeniyetmələrdə dünya və Avropa çempionu Turan Bayramovla İslam İlyasovdur.
70 kq
1/8 final Turan Bayramov – Zaur Efendiyev (Serbiya)/Adam Batirov (Belarus)
97 kq
1/8 final İslam İlyasov – Aleksandr Quşin (Belarus)
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) da bürünc medal görüşünə çıxacaq. Dağıstan əsilli güləşçimiz Hyeok-beom Qvon (Koreya) – Ömərhacı Məhəmmədov (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl Əbubəkr Abakarov (86 kq) dünya çempionatında Azərbaycana ilk medalı qazandırıb. Dağıstan əsilli idmançı bürünc medal əldə edib.
Səbuhi Musayev