Lukaşenkonun Bakı səfəri: Perspektivdə nələr olacaq? – ŞƏRH
Azərbaycanla Belarusun siyasi-iqtisadi münasibətlərində yeni mərhələ başlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun aprelin 13-14-də Bakıya səfəri, onun Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüş, liderlərin mətbuata birgə bəyanatlarında səsləndirilən xoşməramlı açıqlamalar əlaqələrin tempini daha da müsbətə doğru dəyişəcəyinin göstəricisidir.
İki liderin müzakirəsində Azərbaycan-Belarus arasında əmtəə dövriyyəsinin şaxələndirilməsi və artırılması çərçivəsində gələcək əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib.
Prezident İlham Əliyev mətbuata birgə bəyanatda bildirib ki, ötən il əmtəə dövriyyəsi xeyli artıb, lakin bu əsas etibarilə Belarusa xam neftin çatdırılması hesabına mümkün olub.
2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 262 milyon dollardan çox olub.
İndi əlaqələrin şaxələndirilməsi ideyası daha çox məhsulun ixrac-idxalı ilə bağlı portfelin nəzərdən keçirilməsi deməkdir.
Bu, artıq hər iki ölkələrin hökumətlərinin iqtisadi blokları tərəfindən müəyyənləşəcək.
Digər məsələ isə Belarusun Qarabağdakı bərpa proseslərində iştirakıdır. İlham Əliyev qeyd edib ki, Aleksandr Lukaşenko ilə işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə edib.
“Biz Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı”, - deyə İlham Əliyev əlavə edib.
Bundan başqa Azərbaycanla-Belarus arasında sənaye kooperasiyası istiqamətində də əlaqələrin genişlənməsi gözlənilir.
Belə ki, “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində elektrobusların istehsalı da nəzərdə tutulur.
Həmçinin alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı nəzərdən keçirilir.
Gələcəkdə Belarusun Azərbaycandakı bərpa işlərində hansı formada iştirak edəcəyi dəqiq müəyyən ediləcək.
Aleksandr Lukaşenko isə koronavirusa qarşı peyvəndlərin Azərbaycanla birgə istehsalının mümkünlüyünə diqqət çəkib. Belə ki, Belarus Rusiyanın “Sputnik V” texnologiyası əsasında vaksin istehsal edir.
“Biz ölkədə yarım milyon doza vaksin istehsal edəcəyik. Bu qədər vaksini özümüz istifadə edə bilməyəcəyik. Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq”,-deyə Aleksandr Lukaşenko bildirib.
Nəticə kimi demək olar ki, ölkələr arasındakı cari və gələcək münasibətlər siyasi-iqtisadi əlaqələrdə yeni perspektivlər açır.