Hikmət Hacıyev: “Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı dövlətlər arasında daha sıx inteqrasiyanı ehtiva edır”
“Beynəlxalq sülhə və təhlükəsizliyə cavabdeh olan qurumlar tamamilə qeyri-effektiiv şəkildə fəaliyyət göstərməkdədir”.
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, buna baxmayaraq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra regionda artıq yeni müstəvi və imkanlar açılıb: “Azərbaycan və Türkiyənin qarşısında yeni vəzifələr durur. Bütöv regionun geniş mənada geosiyasəti dəyişdirilməli və əməkdaşlığa, işbirliyinə doğru inkişaf etdirilməlidir. Prezident İlham Əliyevin təklif etdiyi “3+3” formatı dövlətlər arasında daha sıx inteqrasiyanı və əlaqələri özündə ehtiva edən formatdır. Ermənistan işğalçılıq siyasətinə, qardaş Türkiyəyə və Azərbaycana qarşı iddialarına son qoyarsa, bu prosesin tərkib hissəsi ola bilər. Bu platforma regionda davamlı sülhə nail olmağımıza şərait yaradacaq”.
Firuzə Vahid