“Champions Chess Tour”da Azərbaycan “derbi”si
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.
Oxu.az xəbər verir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcəklər.
Qeyd edək ki, ötən turun nəticələrinə görə, Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir.
Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.