Rusiya yeni silahını sınaqdan keçirdi - Səsdən 10 qat sürətlidir
Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) hipersəs sürətə malik "Tsirkon" adlı raketi sınaqdan keçirib.
Oxu.az ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Barents dənizində keçirilən sınaqlar zamanı raket nüvə enerjisi ilə işləyən sualtı gəmidən buraxılıb və əvvəlcədən müəyyən edilmiş hədəfə zərbə endirə bilib.
Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ildə "Tsirkon"un səsdən 10 qat çox sürətlə hərəkət edə biləcəyini demişdi.