İsmayıllıda covid əleyhinə peyvəndləmə davam edir
Bəşəriyyətin bəlasına çevrilmiş covid pandemiyasına qarşı mübarizə bütün dünyada bir nömrəli işə çevrilib.Bu gün ölkəmizdə də bu kompaniya uğurla davam edir.İsmayıllıda da covid əleyhinə peyvəndləmə kompaniyası uğurla davam edir.Rayon səhiyyəsi tam tərkibdə covid pandemiyasına qarşı mübarizəyə səfərbər olunub.Hətta şənbə və bazar günləri rayon icra hakimiyyəti başçısı və aparatının iştirakı ilə rayonun müxtəlif yerlərində əhalinin maarifləndirilməsi işi aparılır və bu yaxşı nəticə verir.Belə ki, rayon sakinləri kütləvi şəkildə peyvəndlənmək üçün səhiyyə ocaqlarına üz tutur.
Bu gün 30 iyul tarixində biz də peyvənd üçün rayon mərkəzi poliklinikasına getdik.Poliklinikada pasiyentlər üçün gözəl şərait yaradılıb.Biz də peyvəndi qəbul etdikdən sonra bir neçə şəxslə söhbət etdik.İnsanlar artıq covidin ciddi bir düşmən olduğunu qəbul edirlər.
Mən bütün İsmayıllıları peyvəndləmə kompaniyasına dəvət edirəm.Sosial şəbəkələrdə ara-sıra səslənən cəfəngiyyatlara inanmayın.Gəlin peyvənd olun ki,həyatınız təhlükəsiz olsun, hamılıqla bu bəladan xilas olaq.Sonda rayon səhiyyəsinin direktoru Vidadi Rəhimov cənablarına əhaliyə təmənnasız və keyfiyyətli xidmət etdiyi üçün dərin minnətdarlığımızı bildiririk və İsmayıllı səhiyyəsinin fəaliyyətini yüksək qiymətləndirir,gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.
Elçin İsmayıllı.