Gündəm / Araşdırma

İsmayıllı necə bərbad günə düşdü... - SƏRİŞTƏSİZLİK...

İsmayıllı necə bərbad günə düşdü... - SƏRİŞTƏSİZLİK...

Bir neçə il öncə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Nahid Bağırovu İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edəndə bir çoxları cənab Bağırovun gənc bir kadr olaraq müxtəlif projelərlə turizim bölgəsi olan İsmayıllı rayonunun inkişafı istiqamətində çalışacağını hesab edirdi.
Amma Nahid Bağırov iş görmək yerinə bir neçə ay sonra töhmət alaraq ona olan inamı korlayaraq reputasiyasının üstündən xətt çəkməyi bacardı.
Düzdür 2020-ci ilin yanvar ayından ölkəmiz də COVİD-19 pandemiyasına qarşı mübarizə aparmağa başlayıb və bu mübarizə 20 mart 2020-ci ildən daha da aktivləşib.Bu səbəbdən turizim bölgələrimizdən biri kimi İsmayıllı turizimi də ciddi zərbə alıb.
Ancaq bu əsas vermir ki,rayon rəhbərliyi belə gözəl təbiəti olan İsmayıllını bu vəziyyətdə saxlasın.
Düşünün rayon mərkəzi (Bazar giriləsi deyil) bərbad vəziyyətdə.Rayonun əsas turistlərin marağını kəsb edən Vəndam,Buynuz və digər kəndlərinin yolları rəzalət içərisində.Rayon rəhbərliyi yolların bu vəziyyətdə olmasını “Azəravtoyol”un balansında olmaqla əlaqləndirir yaxasın kənara çəkir.Turizim bölgəsi İsmayıllının şəhər daxil olmaqla turistlərin davamlı getdiyi kənd və qəsəbələrin daxilində,eyni zamanda meşə massivlərində bir dənə də olsun zibil qutularına rast gələ bilməzsən.Cənab Nahid Bağırov yolları boynundan atırsan,bəs zibil qutuların da “Azəravtoyol” gətirib düzməlidir ərazilərə?
Ən azından rayon büdcəsinə ayrılan vəsaitdən turizim bölgələrində yol kənarlarına insanların istifadə etdiyi meşələrin girişində,kəndlərdə məhəllələr arasında yerləşdirin.Kənd əhalisi,turistlər yoxsa zibillərə meşələrin içində od vurub yandırmasınlar,kənd əhalisi hər məhəllədə ziibil dağları yaratmasınlar.
Nahid Bağırov açıqlama verib ki, rayonda əlillər üçün əl arabaları hazırlanacaq.Yaxşı olar ki, ilk növbədə icra başçısı kimi şikəst qoyduğun kəndlərə zib qutuları düz,meşələr od tutub yanmasın deyə, meşələrin içərisinə zibil qutuları düz,kəndlərin əlil olan yollarını bərpa et.Musa Yaqub rəhmətə gedəndə Buynuz kəndinin əhalisi,yas yerinə gələn insanlara yolların bərbadlığından dad-aman etdirməyərdin.
Veteninfo.az