Gündəm / Siyasət

Hikmət Hacıyevdən Ermənistana çağırış

Hikmət Hacıyevdən Ermənistana çağırış

Bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacağıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla sıx əməkdaşlıq edir, Ermənistan da bu prosesə qoşula və bundan faydalana bilər.