Gündəm / Sosial

VƏTƏNƏ OGUL OLAN ŞƏHİD MAYOR NAMİQ ƏHMƏDOV...

VƏTƏNƏ OGUL OLAN ŞƏHİD MAYOR NAMİQ ƏHMƏDOV...




















Doğma yurdunu, Vətənini canından əziz tutan və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulmuş mayor Əhmədov Namiq Hajan oğludur.

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədovun xatirəsi həmyerliləri tərəfindən həmişə əziz tutulur. Dövlətin qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də diqqət və qayğı göstərilir.

2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu ölkə Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Bu, ölkə başçısının Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verdiyi dəyərin daha bir bariz nümunəsidir. Mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması deməkdir.

VƏTƏNƏ OGUL OLAN ŞƏHİD MAYOR NAMİQ ƏHMƏDOV...

Dövlətin, dövlət başçısının qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də daim qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən şəhidimizin ailəsini diqqətdə saxlayır, qayğıları ilə maraqlanır. Onu da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən şəhidimizin evinin təmiri başa çatdırılaraq 40 mərasimi günü ailəsinə təqdim olunmuşdur.

Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır.
VƏTƏNƏ OGUL OLAN ŞƏHİD MAYOR NAMİQ ƏHMƏDOV...

O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.


Elyana DİLBAZİ,
yazıcı-publisist.
korrupsiya.com