Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi
![Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi Zaur Mikayılov öz qudasını agentliyə aparat rəhbəri təyin etdi](https://millitv.az/uploads/posts/2024-06/whatsapp_image_2024_06_06_at_1511351717672354.jpg)
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
Manset.az