Sosial

`Xezeriaşə` işçilərin yeməyinə NİYƏ HARAM QATIR? - GİLEY

`Xezeriaşə` işçilərin yeməyinə NİYƏ HARAM QATIR? - GİLEY


"Azneft 28 May NQÇİ 13 saylı DDÖ-dən məktub var! "Xəzəriaşə"dəndir şikayət yenə də..." DİA.AZ bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qərhəmanlı çıxış edib.

Tanınmış hüquq müdafiəçisi bildirir ki, ona Neft Daşlarında çalışaan adi işçilər giley edib. M.Qəhrəmanlı işçilərin şikayətini olduğu kimi təqdim edir:

"Özüldə çox acınacaqlı vəziyətdir. Ərzaqla təminat yoxdur. Sosial şöbəyə də bu gün buranın rəisi yazıb müraciət edib. Pendir nədir ki o belə yoxdur. Ərzaq olsa belə iyulun 27- dən avqustun- 12 -nə kimi növbədə olan aşbazlar yemək bişirə bilmirlər. Üzür istəyirəm itə versəniz, o yeməyi yeməz.

Xahiş edirəm bu haqda biz fəhlələrə yardım edin, buranın aşbazlarını yəni 27 -dən 12-nə olan aşbazlarını dəyişsinlər. O biri smendə olanlar adam balası kimi yemək bişirirlər. Kimnsə daydayı var deyə, biz fəhlələr əziyət çəkirik.

Sosial şöbəyə 13-cü özüldə rəis əvəzi olan insan yazıb, biz fəhlələr şikayet etdik, burda jurnala etirazmızı yazdıq, amma heç bir dəyişiklik yoxdur. Bizim üstümzə gəlirlər ki niyə şikayət etmisiniz. Belə olmaz axı... ağır şəraitdə işləyirik, baxan yoxdur..."

İddia olunanlarla bağlı di.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...