Sosial / Bölgə

Şəmkirin Əliyaqublu kənd camaatı bələdiyyə sədrindən və icra nümayəndəsindən RAZILQ EDİRLƏR

Şəmkirin Əliyaqublu kənd camaatı bələdiyyə sədrindən və icra nümayəndəsindən RAZILQ EDİRLƏR

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Şəmkir rayon Əliyaqublu kənd Bələdiyyənin sədri Mustafayev Niyaməddin Rüstəm oğlu və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Gafarov Turan Dilmanc oğlu işlədikləri müddətdə kəndin abadlaşdırılması üçün çox böyük , səmərəli işlər görmüşlər. Belə ki, kəndin yolları düzəldilmiş, məktəbə gedib- gəlməkdə çətinliklərlə üz-üzə qalan şagirdlərin problemləri aradan qaldırılmışdır. Qeyd edək ki, hər iki qrum 44 günlük müharibə zamanı döyüşən əsgərlərimiz üçün yatacaq çarpayıları göndərmişlər. Kəndin xeyir- şərinə maddi və mənəvi köməkliklər göstərmişlər.

T.Qafarov 1982-ci ildə Şəmkir rayonu Əliyaqublu kəndində dünyaya gəlib. Gürcüstan Aqrar Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib. Hazırda Turan müəllim Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Əliyaqublu kənd Bələdiyyənin sədri Niyaməddin Mustafayev də rayonda işgüzar bələdiyyə sədrlərindən sayılır.

Söhbət zamanı kənd sakinləri hər iki qrumun rəhbərləri haqqında agızdolusu razılıqlarını bildirdilər.

Biz də onlara öz xeyrxah işlırində ugurlar arzulayırıq.

Hədəftv.info

Oxşar xəbərlər