---

YÜZ ŞƏRİN, PİSLİYİN İCİNDƏ BİR YAXŞI VARSA...- Tovuzun “Turan” klubunun qurucusu, Fəxri prezidenti Vidadi Əhmədov haqqında BİR NECƏ KƏLMƏ SÖZ

YÜZ ŞƏRİN, PİSLİYİN İCİNDƏ BİR YAXŞI VARSA...- Tovuzun “Turan” klubunun qurucusu, Fəxri prezidenti Vidadi Əhmədov haqqında BİR NECƏ KƏLMƏ SÖZ











































Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı, Tovuzun “Turan” klubunun qurucusu, Fəxri prezidenti Vidadi Əhmədov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

QISA TANIŞLIQ
Vidadi Əhmədov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Bozalqanlı kənd orta məktəbində , A.S.Puşkin adına tam orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İqtisadi Universitetini bitirib. Müxtəlif vəzifələrdə işləyib. Həmişə ictimaiyyət arasında sözü keçən nüfuz sahibidir. Vətəninə, torpağına bağlı vətən oğludur. Şəhid ailələrinə, qazi ailələrinə həm mənəvi, həm də maddi köməyini əsirgəməyib. Hazırda "İbrahim"İKF-də təsisçidir.

"TURAN" Vidadi müəllimin şah əsəridir
"Turan", Azərbaycanın müstəqilliyi dönəmində məhz iş adamı Vidadi Əhmədovun prezidentliyi ilə yaradılan ilk rəsmi peşəkar futbol klubudur. SSRİ-nin süqutunun son illərində Tovuz "Məhsul" komandası ilə təmsil olunurdu. Bölgədə, rayonda futbola tarixən münasibət yüksək olmasına baxmayaraq Tovuz şəhər stadionu baxımsız hala düşmüşdü...
Müharibə, iqtisadi böhrana baxmayaraq iş adamı Vidadi Əhmədov Tovuz futbolunu dirçəltdi. Stadion əsaslı təmir olundu, təbii ot örtüyü ölkədə ən yaxşılardan birinə çevirildi. Futbolçular üçün baza inşa olundu. Bütün bunlar Tovuza, stadionun ərazisinə düşmən mərmilərinin düşdüyü illərdə, işıq, qazın demək olar ki, olmadığı vaxtlarda hayata keçirildi.
Tarixi futbol ənənələri olan "Turan" qısa vaxtda sözünü deməyə başladı...
Futbolçulara peşəkar dəyər verən ilk prezident oldu, Vidadi müəllim. Yerli futbolçular, Nizami Sadıqov, Sakit Alıyev, Elxan Abdıyevlərlə yanaşı Vidadi Rzayev, Tərlan Əhmədov, Qurbanov qardaşları, İlham Məmmədov, Məqsəd Yaqubəliyev, Azad Mütəllimov və digərləri "Turan"ı irəli aparırdı. Azərbaycan çempionluğunu qazanan "Turan" ölkəmizi ilk dəfə olaraq UEFA kuboku yarışlarında təmsil edərək adını tarixə yazdırdı (həmin dönəmdə Azərbaycan çempionu Ç.L.-na deyil, UEFA kuboku yarışlarına buraxılırdı).
Həmin illər ölkədə futbol infrastrukturu elə bərbad vəziyyətdə idi ki, hətta UEFA nümayəndələri T.Bəhramov stadionu qəbul etmədi. UEFA nümayəndələrini müşaiyyət edən şəxslərdən biri kimi deyim, çox çətinliklə Sumqayıtdakı M.Hüseynzadə adına stadion böyük güzəştlərlə qəbul olundu... 1994-cü ildə Azərbaycanda ilk dəfə olaraq klub səviyyəsində rəsmi görüş keçirildi. "Turan"ın rəqibi Türkiyə nəhəglərindən biri "Fənərbaxça" idi...
"Turan" sonrakı illərdə futbolumuza Hüseyn Məhəmmədov, Nadir Nəbiyev, Eltay Aslanov, Ruslan Sadıqov, Cavid Hüseynov, Elvin Məmmədov kimi futbolçuları bəxş etdi...


HAŞİYƏ
Xalq bilir. Bəzi adamların isə ağızları su ilə doludur, danışa bilmirlər. Təvözakarlıqdan kənar olsa da deməyi borc bildik. Necələrinə idman sahəsində heç bir xidməti olmasa da "Əməkdar idman xadimi" kİmi fəxri adlar verilib. Qazandıgı nailiyyətləri bir kənara qoyaq, Onun qədər "Turan"-a şəxsi vəsaitini xərcləyən ikinci adam olmadıgına baxmayaraq "kölgədə" qalmaq bəzən sıxır Vidadı müəllimi. Yerli futbolçular yetişdirmək baxımından Qafqazın “Ayaks”ı adlandırılan Tovuzun “Turan” klubunun qurucusu, Fəxri prezidenti Vidadi Əhmədov mən fəxri adlarsız da kecinərəm, deyir, təki "Turan" parlasın...

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı Vidadi Əhmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatcı rəhbər iş adamı Vidadi Əhmədovdur.

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Vidadİ müəllim əsl ziyalılardandır. Bəli, o, əsl Vətən daşıdır. Onun saf su kimi qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Bu adam bəziləri kimi bu dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır...

Bəli, məhz ona görə də Vidadı müəllim istər ictimaiyyət, istərsə də rəhbərlik etdiyi kollektiv tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın onu sevənlərin, uca tutanların mövqeyı budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır.

Bəli, İş adamı Vidadi Əhmədovu Qazax bölgəsində belə tanıyır, belə xarakterizə edirlər:

… O, elə rəhbərdi ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… O, elə iş adamıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir şəxs haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, "İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı Vidadi Əhmədov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən vəzifə sahiblərindəndir.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Vidadi Əhmədovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Vidadi müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Vidadi Əhmədovun haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Vidadi Əhmədov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "İş adamı Vidadi Əhmədovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

"İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı Vidadi Əhmədovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Vidadi müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. "İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı Vidadi Əhmədovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı iş adamı, gözəl insan və əsl Vətən daşı!

P.S

“Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.“

Bunu korrupsiya.com-a "İbrahim" İKF-nin təsisçisi, tanınmış iş adamı Vidadi Əhmədov bildirib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan bölgə ziyalısı deyib: “Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir. Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və qələbə ilə bitməsi də tarixi yekun oldu.“

korrupsiya.com