Ramiz Zeynalovun adamı əməkdaşlarına “divan” tutur
Baş Dövlət Yol Polis İdarəsinin 9-cu Tağım komandiri leytenant Zaur Məmmədovun bu vəzifəyə 2 aydı gəlməsinə baxmayaraq səsi-sorağı artıq Ərdəbildən gəlir. Şəmkirdən Qırmızı Körpüyə kimi magistral yola nəzarət edən post rəisi elə bil sevincək olub. “Gəlir göz açar” kimi atalar misalı heç də nahaq yerə işlədilməyib. Alınan real məlumata görə, komandir Zaur Məmmədov tabeçiliyindəki 44 nəfər yol patrul xidmətinin əməkdaşlarının hər birinə misli görünməmiş dərəcədə haqq qoyduğu söylənilir. Növbə ərzində YPX maşınını idarə edən polis işçisi növbədən sonra Zaur Məmmədovun pulyığan baş inspektoru Şahin adlı şəxsə nəğd yerindən 200 manat “tərləməlidi". Hər bir YPX əməkdaşı işlədiyi ayın 15 gününün “daskı”sı isə elə qiymətdir ki, əlac ona qalır ki, polis əməkdaşı komandirə çatacaq hesabı düzəltmək üçün gərək sürücülərin qapısında da maşınını cərimə adı ilə “şərə” sala. Belə dəhşət bir vəziyyətə necə göz yumasan?
BDYP-nin 9-cu Tağım komandiri Zaur Məmmədov gələn gündən dinc sürücülər arasında da təşviş yaranıb. Adicə, bu günlərdə etibarnaməsi olmayan sürücü saxlanaraq, minik avtomobili zorla dayanacağa aparılmış, həmin sürücüyə maşının qaytarılması üçün yüksək bir məbləğ oxunmuşdur. Halbu ki, etibarnaməsiz maşının idarə edilməsi bizbilən 39 manatdır.
Deyilən yolu işləyən “QAZEl” və “RAF” sürücüləri hesaba otuzdurulub. Sürücülər haqq-nahaq saxlanılır və əsassız olaraq bir bəhanə ilə cərimələnir.
“Kimi ilişdirsəniz mənlikdi, arxanızda dağ kimi dururam. Heç nədən qorxmayın, burdayam” sözlərini əməkdaşlarının beyninə həkk edən Zaur Məmmədov üçün artıq “qiyamət günü” yaxınlaşmaqdadır. Bu necə bir idarə üsuludur? Kimdir bu şəxsin özünün arxasında durub, ona təpər verən?
Bəli, bu gün Prezident cənab İlham Əliyev ölkədə korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizə çərçivəsində kimin nə həddi var ki, Prezident siyaysətinin əleyhinə getsin? O cümlədən, leytenant Zaur Məmmədov da. Zaur Məmmədov pandemiya və onun törətdiyi fəsadları, əhalinin çətinliklə dolandığını, iş yerlərinin məhdudluğunu bilirsə yəqin ki, müsəlman qaydası ilə azca da olsa insafa gələr. Təəssüflər ki, onun az bir müddətdə yolun “qoçusu” sayılması qarşıda nələrlə üzləşəcəyindən, ona himayədarlıq edənlərin üzə çıxmasından xəbər verir.
Cənab İlham Əliyev onu da həmişə yaxşı vurğulayır ki, ölkədə toxunulmaz məmur yoxdur. Hər kəs əməlinə görə gec-tez cavab verməlidir.
Elə isə, komandir Zaur Məmmədovun qanunlarımızı saymadığı, korrupsiya və rüşvətxorluğa daha çox meyilli olduğu üçün tezliklə öz əməlləri qarşısında cavab verəcəyinə inanırıq.
P.S. Leytenent Zaur Məmmədovun idarəçilik üsulu barədə lazımi qədər sübutlarımız var. Hətta, haqsız olaraq incidilən sürücülərdən də şikayət ərizələri toplanıb. Bu barədə ölkə Prezidenti cənab İlham Əliyevə də rəsmi məlumat ünvanlanacaq.
Qarşı tərəfin fikrini də öyrənməyə hazırıq.
İlham Hacalı