" GƏNCLİYİ MƏHVƏ SÜRÜKLƏYƏN KAZİNO SAHİBLƏRİNİ KİM HİMAYƏ EDİR"???
Məlumat üçün bildirirəm ki, ölkədə kazino və digər mərc oyunları qadağandır.Azərloto Topaz istisna olmaqla, digər qumar oyunlarının təşkili və həyata keçirilməsi qeyd şərtsiz cinayət məsuliyyəti yaradır.
Buna baxmayaraq, hələ də "Qara Bazar" da bu cür tərkibli əməllərlə məşğul olan şəxslər var.
Daha açıq və aydın desəm, Bakınım Yasamal rayonu Alatava adlanan qəsəbəsində "ÇAYSARAY" adı altında fəaliyyət göstərən çayxanada iki şəxs qumar oyunlarını təşkil edir.
Belə ki, Yusif ( Şəkili ləqəbi ilə tanınır ) və Vüqar adlı şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz qumar oyunlarını təşkil edir.Maraqlısı odur ki, görəsən bu şəxslərin cinayət əməllərini kim və ya kimlər ört basdır edir.
Apardığımız araşdırma nəticəsində bir sıra faktları əldə etmişik.Həmin şəxsləri yüksək vəzifəli bir polis əməkdaşı himayə edir.
Gələn yazımızda həmin şəxsin kim olmasını və hansı vəzifədə çalışdığını ətraflı ictimaiyyətə çatdıracayıq.
Lakin, hazırda Daxili işlər naziri cənab Vilayət Eyvazovdan yuxarıda adları qeyd olunan şəxslər barədə ciddi hüquqi ölçü götürməsini xahiş edirik.
Unutmaq lazım deyil ki, qumar oyunlarının qadağan edilməsi barədə hələ eks Prezident Heydər Əliyevin göstərişi olmuşdur.
Ümid edir və inanırıq ki, daxili işlər nazirliyi bu istiqamətdə ciddi tədbir görəcəkdir.