Gündəm / Araşdırma / Bölgə

Lerik prokurorluğu işi ört-basdır etmək istəyir

Lerik prokurorluğu işi ört-basdır etmək istəyir


Hörmətli izləyicilər, yəqin ki, unutmamısınız bir müddət əvvəl Lənkəran regional meşələrin inkişafı və bərpası müəssisəsinin Lerik rayon ərazisində "razvandoband"adlanan meşəbəyliyində Azərinfo.az saytının baş redaktoru İbrahim Qarabağlının döyülərək təhqir olunması barəsində bir neçə yazı yazmışdıq. Həmin zaman qeyd olunan ərazidə meşələrin qırılması ilə bağlı ekologiya və təbii sərvətlər nazirliyinin iki əməkdaşı, 1-saylı Lənkəran regional ekologiya idarəsinin bir əməkdaşı və İbrahim Qarabağlı ilə əraziyə getmiş bir medya təmsilçisi olub. Məqsəd qırılan ərazilərin üzə çıxarılması olub. İbrahim Qarabağlıdan əraziyə getməsi nazirlik səviyyəsində xahiş olunub. Ancaq həmin vaxt 02 iyul səhər saatlarında əvvəlcədən qurulmuş plan əsasında qeyd edilən meşəbəyliyin meşəbəyisi Nazir Orucovun vasitəsilə İbrahim Qarabağlı möhkəm şəkildə döyülmüş və təhqir olunmuşdur. Əgər orada başqa şəxslər olmasa idi və müdaxilə olunmasaydı, İbrahim Qarabağlı daha ağır bədən xəsarətləri ala bilərdi, hətta ölüm də ola bilərdi. Çünki Nazir Orucov onu, səni onsuzda öldürəcəyəm, deyərək hədələmişdir.
Həmin vaxt daxili işlər nazirliyinin 102 qaynar xəttinə məlumat verilmiş və Lerik rayon polis idarəsində istintaq başlanılmışdır. Ancaq sonradan cinayət işi polisdən alınaraq, Lerik rayon prokurorluğuna verilmişdir. Mənbəmizin söylədiyinə görə,
bir neçə gün əvvəl Lerik rayon prokurorluğundan müstəntiq Bədəlli Sadiq baş redaktor İbrahim Qarabağlıya zəng edərək Lerik rayon prokurorluğuna gəlməyini istəmişdir. Onlar bu gün üçün, 19 avqust tarixini razılaşmış və İbrahim Qarabağlı qeyd edilən vaxtda Lerik prokurorluğuna getmişdir. Ancaq müstəntiq Bədəlli Sadiqi orada tapmamışdır. Onunla telefon əlaqəsi zamanı, müstəntiq söyləmişdir ki, o Bakıdadır və onu prokurorun böyük köməkçisi Şirxan Fərəcov qəbul edəcək. Şirxan Fərəcov baş redaktoru qəbul etmiş və söyləmişdir ki, onun bu işdən xəbəri yoxdur və İşin nə yerdə olduğunu bilmir. Ancaq İbrahim Qarabağlı etiraz edərək bildirib ki, niyə onu uzaq məsafədən bura çağırıb hörmətsizlik edirlər? Daha sonra böyük köməkçi bildirmişdir ki, Nazir Orucov da ondan şikayətçidir və iddia edir ki, baş redaktor ondan pul tələb edib. İbrahim Qarabağlı,elə isə araşdırma aparın deyərək sözə davam etmişdir. Məsələdən görünən budur ki, Lerik prokurorluğu bu işi nəyinsə müqabilində ört-basdır etmək istəyir. İndi də deyirlər ki, iş prokurorlugdan götürülərək rayon polis idarəsinə göndərilib.
İbrahim Qarabağlı! Əvvəl hardasa barışığa getmək olardı, ancaq indi heç bir barışıqdan söhbət gedə bilməz. Çünki artıq çirkin oyunları işə salıblar.
Qeyd edək ki, iki gün əvvəl KİV-lər məlumat yaydılar ki, qeyd olunan ərazidə meşələrin qırılmasına görə Lerik rayon prokurorluğunda Nazir Orucov və sair şəxslər barəsində cinayət işi başlanıb. Artıq Nazir Orucov tutduğu vəzifədən kənarlaşdırılıb.
Biz də respublika prokurorluğu və Lerik rayon prokurorluğuna müraciət edərək ədalətli qərar çıxarmalarını xahiş edirik, çünki işdə cinayət faktı var.
Mövzunu diqqətdə saxlayacağıq.

İnformasiya şöbəsi.

Oxşar xəbərlər