Ekologiya və təbii sərvətlər nazirliyi maraqlarına görə yalan danışır
Azinfo.tv-nin məlumatına görə, bir qədər əvvəl Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Razvandoband meşəbəyliyinin 21-ci dolayında baş vermiş meşə qırıntıları ilə bağlı KİV-lərdə bir sıra yazılar dərc olunmuşdu.Həmin dönəmdə ekologiya və təbii sərvətlər nazirliyinin iki əməkdaşı Cəmil və Məhyəddin qeyd edilənləri araşdırmaq üçün Lerik rayonuna ezam olunmuşlar.Eyni zamanda Lənkəran 1-saylı regional ekologiya idarəsinin Xəzər adlı əməkdaşı da həmin ərazidə olmuşdur.Həmin vaxtı ekologiya və təbii sərvətlər nazirliyinin təklifini nəzərə alaraq azerinfo.az saytının baş redaktoru İbrahim Qarabağlı da həmin ərazidə olmuşdur.Həmin ərazidə 1-sayli Lənkəran regional ekologiya idarəsinin rəisi Əlizamin Həmidov və regional meşələrin mühafizəsi və bərpası müəssisəsinin rəisi Füzuli Məmmədov plan cızmış və Lənkəran regional ekologiya idarəsinin əməkdaşı Nazir Orucov baş redaktoru döyərək təhqir etmişdir.Baş verənlər həm nazirliyin,həm də regional ekologiya idarəsinin əməkdaşının gözü qarşısında baş vermişdir.Hadisə zamanı 25-30 dəqiqə ərzində tərəflər arasında mübahisə olmuşdur.Sonradan Nazir Orucov İbrahim Qarabağlını yumruq,təpiklə vurmuşdur.Avtomobil qəzası keçirmiş, güclü xəsarətlər almış və 67-yaşlı bir şəxs necə cavan bir adamı vura bilər? Bilirsiniz adamda abır-həya yaxşı şeydir.Həmin vaxt 102 qaynar xəttinə zəng olunub.Nazirliyin əməkdaşları Lerik polisində dindirilib,eyni zamanda Lənkəran regional ekologiya idarəsinin əməkdaşı Xəzər də polisdə dindirilib.Ancaq ekologiya nazirliyinin bu gün ki, mövqeyini başa düşə bilmirik.Deməli,bu nazirlik saxtakarlıq yolunu tutub.Deməli, meşələri talan edənlərin başında elə nazirliyin əməkdaşları dayanır.Nazir Orucov yalandan Lerik prokurorluğuna şikayət edib ki,güya İbrahim Qarabağlı ondan rüşvət tələb edib.Əgər rüşvət almaq istəsəydi,onda niyə vəziyyəti bu həddə çatdırırdı? Məqsədi pul almaq olan adam elə telefon vasitəsilə bunu həll edər,daha pul xərcləyib 300 km məsafədə yerləşən əraziyə getməz.Nazir Orucovun bu kimi əməlləri barəsində əvvəllər də informasiya olub.Adam qara məni basınca mən qaranı basım prizmasından yanaşır.Ekologiya və təbii sərvətlər nazirliyinin rayon polisinə verdiyi ifadə açıqca saxta və yalandır.Ümidvarıq ki, Lerik rayon prokurorluğu məsələni doğru-dürüst araşdıracaq və hüquqi qiymət verəcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Azinfo.tv Kendtv.info informasiya şöbəsi.