Gündəm / Sosial

Ekologiya və təbii sərvətlər nazirliyi baş verənlərə hələ də biganə qalır

Ekologiya və təbii sərvətlər nazirliyi baş verənlərə hələ də biganə qalır


Azinfo.tv-nin məlumatına görə, baş verən olay barədə bir sıra saytlarda məlumat dərc olunmuşdu. Söhbət 02 iyul 2021-ci il tarixində Azerinfo.az saytının baş redaktoru İbrahim Qarabağlının döyülərək təhqir olunmasından ibarətdir.
Həmin vaxt ekologiya və təbii sərvətlər nazirliyinin Lerik rayonu ərazisində yerləşən meşəliklərin qanunsuz olaraq qırılması barəsində bir sıra KİV-vasitələrində dərc edilən faktlar barəsindədir.
Ekologiya və təbii sərvətlər nazirliyinin 2 əməkdaşı 02 iyul 2021-ci il tarixində Lerik rayonu ərazisində yerləşən meşəliklərin monitorinqini aparmaq üçün sözü gedən ərazidə olublar.Kütləvi qırıntıların həyata keçirildiyi ərazini aşkarlamaq üçün Azerinfo.az saytının baş redaktoru İbrahim Qarabağlı da həmin ərazidə olub. Həmin vaxt "razvandoband"adlanan meşə bəyliyində 2 nəfər nazirlik əməkdaşları, 2 nəfər Lənkəran regional ekologiya idarəsi, Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları İbrahim Qarabağlı ilə həmin əraziyə getmiş bir nəfər medya nümayəndəsi olub.
Vəziyyətin gərgin olduğunu görən 1-saylı Lənkəran regional ekologiya idarəsinin rəisi Əlizamin Həmidov və regional meşələrin inkişafı və bərpası xidmətinin rəisi Füzuli Məmmədov plan cızmış və Lənkəran regional meşə təsərrüfatı və bərpası müəssisəsinin "razvandoband" meşə bəyliyinin meşə bəyisi Nazir Orucovun əli lə baş redaktor döyülmüş və təhqir olunmuşdur. Çünki baş redaktor İbrahim Qarabağlı qırıntıların həyata keçirildiyi ərazini tam şəkildə aşkarlamış və burada inzibati deyil, cinayət tərkibli iş olduğunu ortaya qoymuşdur. Buna görə də bir neçə nəfərin gözü qarşısında İbrahim Qarabağlı döyülmüş, təhqir olunaraq, bədən xəsarətləri almışdır. Əgər ərazidə olan şəxslərin müdaxiləsi olmasa idi İbrahim Qarabağlı daha ağır bədən xəsarətləri ala bilərdi. Həmin mübahisə və dava-dalaş təxminən 25-30 dəqiqə ərzində davam etmişdir, sonda baş redaktor döyülmüş və Nazir Orucov tərəfindən ölümlə hədələnmişdir. Bundan sonra İbrahim Qarabağlı Daxili işlər nazirliyinin 102 qaynar xəttinə zəng edib şikayət etmişdir. Hadisə 02 iyul tarixində səhər saatlarında baş vermişdir. Qeyd etmək istəyirik ki, İbrahim Qarabağlı həmin vaxt uzun sürən müalicədən sonra yenicə xəstəxanadan çıxmışdı. Çünki İbrahim bəy həmən dönəmlərdə ağır avtomobil qəzası keçirmiş və güclü xəsarətlər almışdır. Bunu açıq şəkildə onun çətinliklə hərəkət etməsindən bilmək olurdu və üstəlik 67 yaşlı bir insana qarşı Nazir Orucovun etdikləri insanlığa sığmayan bir hərəkətdir.
Nazir Orucovun qardaşı Lerik rayon polis idarəsinin əməkdaşıdır və meşələrin qırılması və satılmasında onun da rolu və marağı var. Eyni zamanda onların daha yuxarı instansiyalarda işləyən məmurlarla əlaqələri var. Buna görə belə harınlayıblar.
Çox təəsüf ki, bu məsələ ilə bağlı indiyədək ekologiya və təbii sərvətlər nazirliyinin hər-hansı bir mövqeyinə rast gəlmədik. Ancaq fakt artıq Lerik rayon polis idarəsindən götürülərək, rayon prokurorluğuna verilmiş və hazırda araşdırma və istintaq aparılır. Ümidvarıq ki, prokurorluq bu məsələni dəqiqliklə araşdıracaq və sonda ədalətli qərar qəbul edəcək.
Mövzunu diqqətdə saxlayacağıq.

İnformasiya şöbəsi.

Oxşar xəbərlər