Gündəm / Araşdırma / Bölgə / Video

Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır

Lənkəranda Lənkəran çayının başına açılan oyunlara yerli məhkəmə susmaqla haqq qazandırır


Ekologiya və təbii sərvətlər nazirliyindən daxil olan məlumata söykənərək,Lənkəran rayonunda Lənkərançay çayı ərazisində baş verən qanunsuz daş-çınqıl karxanasının fəaliyyətini əks elətdirən məktubu təqdim edirik. Məlumat üçün bildiririk ki,15 sentyabr 2020-ci il tarixində vətəndaşların müraciətinə əsasən Ekologiya və təbii sərvətlər nazirliyinin yanında Milli Hidrometrologiya xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu Təngivan kəndi ərazisində fəaliyyət göstərən "PROFCO" MMC daş-çınqıl karxanasının yaşayış evlərinə yaxın ərazidə monitorinq aparılmışdır.Monitorinq aydın hava şəraitində,günün ayrı-ayrı saatlarında PCE-322 A ölçmə cihazı ilə aparılaraq müəyyən olunmuşdur ki,səs-küy vətəndaşların evlərinin yaxınlığında normadan artıqdır.Belə ki,səs-küy və vıbirasiyanın yol verilən həddi 60 DBA olduğu halda həmin ərazidə səs-küy və vıbirasiyanın miqdarı 70 DBA müəyyən olunmuşdur.Bununla da "PROFKO" MMC daş-çınqıl karxanasında ətrafa yayılan səs-küyün normadan artıq olduğu aşkar olunmuşdur.




Araşdırmanın nəticəsi olaraq əməkdaşlarımız tərəfindən qanuna müvafiq qaydada 05.11.2020-ci il tarixli akt və protokol tərtib edilərək faktla bağlı hüquqi şəxs qismində qərar çıxarılmasından ötrü (Azərbaycan Respublikası inzibati xətalar məcəlləsinin 18.5 maddəsinə əsasən) toplanmış sənədlər idarənin 11.11.2020-ci il tarixli 2903 saylı məktubu ilə Lənkəran rayon məhkəməsinə göndərilmişdir.Lakin bu prosesin də nəticəsi cavabsız qalmışdır. Araşdırma zamanı Şaiq Həsənovdan "PROFCO"MMC-nin fəaliyyəti ilə bağlı Ekologiya və Geoloji normativ sənədləri istədikdə o,hər-hansı bir sənəd verməkdən imtina edərək şifahi bildirmişdir ki,həmin sənədlərin yaxın vaxtlarda götürülməsini təmin edəcəkdir. Araşdırma zamanı məlum olmuşdur ki,Lənkəran şəhər icra hakimiyyəti başçısının 13.05.2014-cü il tarixli 127 saylı sərəncamı ilə "Lənkərançay-2"qum-çınqıl yatağından 7.0 ha torpaq sahəsi "PROFCO" MMC və "Bayram-M"şirkətinə ayrılmışdır.Həmin torpaq sahəsinin 1.0 ha-da daş qırma materiallarının istehsalı üçün avadanlıqların quraşdırılmasına və 6.0 ha-da isə qum-çınqıl materialının götürülməsinə icazə verilmişdir.Daşınmaz əmlakın dövlət reyesteri xidmətinin 17.12.2018-ci il tarixli RX N:1442614 saylı çıxarışına əsasən həmin 7.0 ha torpaq sahəsi "PROFCO" MMC-nin mülkiyyətinə verilmişdir.Ayrılmış karxana ərazisində yerin təkindən istifadə ilə əlaqədar ETSN-nin dövlət ekspertiza idarəsi müəssisəyə 02.07.2014-cü il tarixli 857 saylı dağ-mədən ayırması aktı və 02.07.2014-cü il tarixli dağ-mədən işlərinin inkişaf planı verilmişdir.Dövlət ekspertizası idarəsi tərəfindən verilmiş hər iki sənədin müddəti bitdiyindən həmin sənədlərin yenidən alınması üçün müəssisəyə idarə tərəfindən 01.07.2019-cu il tarixli 1225 saylı və 29.04.2020- ci il tarixli 857 saylı məktublarla xəbərdarlıq olunmuşdur.Lakin buna baxmayaraq yerin təkindən istifadə hüququ verən ekoloji və geoloji sənədləri olmadan "PROFCO" MMC fəaliyyətini davam etdirmişdir. Araşdırma müddətində istismar işləri aparılan əraziyə keçirilən baxış zamanı "PROFCO" MMC-yə məxsus "Hunday" markalı ekskavator vasitəsi ilə Lənkərançay çayının yatağında uzunluğu 70 metr,eni 12 metr və dərinliyi 1.20 metr olan sahədə qazıntı işlərinin qanunsuz olaraq aparıldığı və ümumilikdə 1008,0 m 3 həcmdə qum-çınqıl qarışığının götürüldüyü müəyyən edilmişdir. Bununla da "PROFCO" MMC tərəfindən yerin təki haqqında Azərbaycan Respublikası qanununun tələbləri pozulmuş,inzibati xəta törədilmiş və təbiətə ziyan vurulmuşdur.(Ziyan hesabata əlavə olunur) Araşdırmanın nəticəsi olaraq qanunamüvafiq qaydada 08.07.2020-ci il tarixli akt və protokol tərtib edilərək 1008 m3 həcmdə çınqılın qanunsuz işlədilməsi,(götürülməsi) üçün təbiətə dəymiş ziyan 14112 (on dörd min yüz on iki manat müəyyən olunmuşdur.Faktla bağlı toplanmış sənədlər müvafiq qərar çıxarılması üçün Lənkəran rayon məhkəməsinə göndərilmişdir.Lakin Lənkəran rayon məhkəməsinin hakimi Mütəllim İsayev dəfələrlə əsassız olaraq məhkəmə iclasını təxirə salmış və işə xitam vermişdir.Məhkəmənin qərarı idarəyə verilməmişdir. Redaksiyadan: Qeyd olunanlarla bağlı gün ərzində Lənkəran rayon məhkəməsinin sədri ilə telefon əlaqəsi yaratmaq cəhdlərimiz baş tutmadı.Hörmətli sədr telefon zənglərimizə cavab vermədi.Ancaq bildirmək istəyirik ki,məhkəmənin bu davranışı hüquqa ziddir və hakim adına yaraşmayan bir addımdır.Yəqin ki,burada hakim korporativ maraqlarını qanunun tələbindən üstün tutmuş və bu qənaətə gəlmişdir.Təsəvvür edirsinizmi ki,Ekologiya və təbii sərvətlər nazirliyi açıqca etiraf edir ki,bu obyektin qanunsuz fəaliyyətdə olmasına baxmayaraq,biz onun fəaliyyətini dayandıra bilmirik.Hətta məhkəmə də bu obyektin qarşısında aciz qalaraq geri addım atır.Bu nə deməkdir?Kim dayanmış bu "PROFCO"MMC-nin arxasında?Yoxsa ölkə qanunları bu qədərmi urvatsızdır?Mövzunu diqqətdə saxlayırıq,araşdırmalarımız davam edir.Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq. Azerinfo.az