Cənub rayonlarında QAZ NİYƏ YOXDUR? - "Azəriqaz"dan AÇIQLAMA
Ötən gün gecə saatlarında qaz təchizatı ilə bağlı ölkə ərazisində problem yaranıb.
Bu barədə Metbuat.az-a açıqlama verən “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirdi ki, təqribən 20-yə yaxın bölgədə qaz təchizatının verilməsi dayandırılıb.
"Havanın qəflətən soyuması ilə bağlı qaz təchizatında yükləmələr baş verib. Bu da ötən gün axşam saatlarında qazın verilişində məhdudiyyət yaradıb. Gün ərzində qaz təchizatında yaranmış problem mərhələli şəkildə həll ediləcəkdir".
Qeyd edək ki, dünən axşamdan etibarən Biləsuvar, Masallı, Lənkəran rayonlarında qazın verilməsi dayandırılıb.
Gülbəniz Hüseynli