Gündəm

Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR

Məmurların mal-qoyun sürülərini Kəlbəcərə kim buraxır?-ŞOK DETALLAR
Kəlbəcərli məmur-oliqarxlar qoyun sürülərini qanunsuz olaraq Kəlbəcər yaylaqlarına aparırlar…Bəs,Polis rəisi və Korpus komandiri hara baxır?

Prezident İlham Əliyev dəfələrlə vətəndaşları azad olunmuş torpaqlara “icazəsiz” getməkdən çəkinməyə səsləyib.Amma buna baxmayaraq, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar “qanunsuz, icazəsiz gedişə son qoya” bilmirlər.

Bu haqda dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, təəsüflər olsun ki, bəzi vəzifəli məmur-oliqarxlar qanunları pozmaqda davam edirlər.Belə olmasaydı yüksək çinli məmurlar özlərinə məxsus olan mal- qoyun sürülərini Müdafiə Nazirliyinin və Daxili işlər Nazirliyinin postlarından Kəlbəcər yayalağına keçirə bilməzdilər.

Redaksiyamıza daxil olan məlumata görə hazırda Kəlbəcər rayonunun yayalaq ərazisnə mal-qoyunlardan ibarət 5 sürü buraxılıb.Həmin sürü sahiblərindən birinin Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Haqverdi Əkbərova, digərinin isə Daxili İşlər Nazirliyinin Yevlaxda yerləşən Qeydiyyat-İmtahan Şöbəsinin baş inspektoru Yelmar Həsənova məxsus olduğu deyilir.

Yəqin ki, digər mal-qouyn sürülərinin sahiblərini hüquq-mühafizə orqanları araşdırsa onların kimliyini asanlıqla müəyyən edə bilər. Qoyun sürülərinin sahiblərinə bu ölkədə hansı müstəsna səlahiyyətlər verilib ki, prezidentin tapşırıqlarına məhəl qoymurlar? Bəlkə həmin qoyunlar “minaskatlellər”lə təhciz olunub xəbərimiz yoxdur?

Hansı əsaslara görə 28 il vətən deyib ağlamaqdan gözləri kor olan ahıllar, vətən deyib hayqıran Qarabağ qaziləri və digər qəbildən olan vətəndaşlarımızın Konstitusiyada təsbit olunmuş “hərəkət azadlığı” hüququ məhdudlaşdırılır? Və onlar doğma dədə-baba yurdlarını ziyarət edə bilmirlər.

Əgər vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxartmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıqsa onda qoyun sürüsünü və onu otaran çobanın taleyi necə olur?

Yəqin ki, Kəlbəcər yaylaqlarına buraxılan qoyun sürülərini Müdafiə nazirliyinin istifadəsində olan insansız hava aracları (İHA) vasitəsi ilə otarırlar. Görəsən, bu sürülərin postları asanlıqla keçərək Kəlbəcərə getməsindən Müdafiə naziri Zakir Həsənovun və Daxili İşlər naziri Vilayət Eyvazovun xəbəri varmı???

Maraqlıdır, qardaşı PKK terror təşkilatı ilə sıx əlaqədə olan şəxsin Kəlbəcərər getməsinə kimlər şərait yaradıb???

Yuxarıda qeyd etdiyimiz faktlar və iddialarla bağlı adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

https://dunyaninsesi.az/