Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da BİZİMDİR” - EŞQ OLSUN, QARDAŞLARIMIZA!!!
On milyonlarla türkün sevimli "Traktorsazi" futbol klubu diqqət çəkən paylaşım edib.
lent.az xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsində 1985-ci ildə çəkilən "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.
Paylaşımda Qaçaq Nəbinin iranlı məmura dediyi "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri yer alıb.
Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, "Biz Azərbaycanlıyıq" haştağı ilə paylaşılan rəyə "Tərəfimiz bəllidir əllərimizdən" sözləri də əlavə olunub.