Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibəti ilə paylaşım etdi - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib:
“Əziz həmvətənlər!
Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”