Gündəm

Xanlar Vəliyev: "Qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır"

Xanlar Vəliyev: "Qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır"



"Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb".

Metbuat.az xəbər verir ki, bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
Qeyd edək ki, bu gün Hərbi Prokurorluqda 2020-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.