“Gent”in baş məşqçisi “Qarabağ”la oyundan danışdı
“Gent”in baş məşqçisi Heyn Vanhazebruk Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bildirib.
Axın.az xəbər verir ki, o, öz meydanlarında qalib gəldikləri matç barədə bunları deyib:
“Nəticədən razıyam. Avrokubokda mərhələ adlaya bildik. Azərbaycanda güclü komandaya qarşı çətin oyun oynamışdıq. Öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə geridönüş edəcəyimizə əmin idim. Əlavə vaxt və penaltilərlə bunu bacardıq. Futbolçularım qələbəyə layiq idilər”.
“Qarabağ” “Gent”lə cavab oyununun əsas vaxtında 0:1 hesabı ilə uduzub. İlk matçda da eyni nəticə qeydə alındığından əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib və 5:3 üstün olan belçikalılar 1/8 finala yüksəliblər.
Mənbə: uefa.com