Konfrans Liqası: “Qarabağ”ın pley-offdakı rəqibi bəlli oldu
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
Axın.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda “Gent” (Belçika) ilə üz-üzə gələcək.
“Qarabağ” ilk oyununu fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
09:46
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.
Səpələnməmişlər səbətində olan ölkə çempionu bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.
Səpələnmişlər:
“Anderlext” (Belçika)
“Bazel” (İsveçrə)
“CFR Kluj” (Rumıniya)
“Dnepr-1” (Ukrayna)
“Fiorentina” (İtaliya)
“Gent” (Belçika)
“Lex” (Polşa)
“Partizan” (Serbiya)
Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
“Budo Qlimt” (Norveç)
“Braqa” (Portuqaliya)
“Latsio” (İtaliya)
“Ludoqorets” (Bolqarıstan)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Trabzonspor” (Türkiyə)
Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu bütün səpələnməmişlər kimi evdə gerçəkləşəcək.