İdman

Böyük Dəbilqə: Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizə aparacaq

Böyük Dəbilqə: Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizə aparacaq


İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, son yarış günündə Azərbaycan millisinin dörd üzvü mübarizəyə qoşulacaq.

90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.

100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) - Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) - Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) - Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.