Ana səhifə   |    Haqqımızda   |    Reklam

Avropa çempionatı: Azərbaycan millisi bürünc medal görüşünə vəsiqə qazanıb

İdman
19 Eyl 2022
07:39
Avropa çempionatı: Azərbaycan millisi bürünc medal görüşünə vəsiqə qazanıb


Azərbaycan millisi Çexiyanın paytaxtı Praqadakı gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.

“Report”un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib.

Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib.

Daha sonra milli komandamız təsəlliverici qarşılaşmada Estoniya üzərində qələbə qazanıb - 4:0.

Bununla da komandamız Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

14:52

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

“Report” xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.

73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.

57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb.

Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyvein rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.

Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.

10:42

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə gənclərin Avropa çempionatında qarışıq komanda yarışları keçiriləcək.

“Report”un məlumatına görə, Azərbaycan millisi 1/8 final mərhələsində Avstriya yığması ilə üz-üzə gələcək.

Bu cütün qalibi 1/4 finalda Gürcüstan seçməsi ilə görüşəcək.

Qeyd edək ki. Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni beş medalla bitirib.

Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.