Ana səhifə   |    Haqqımızda   |    Reklam

Qadın voleybolçulardan ibarət dünya çempionatının qalibi bəlli olub

İdman
16 Ekm 2022
09:39
Qadın voleybolçulardan ibarət dünya çempionatının qalibi bəlli olub


Serbiya millisi qadın voleybolçular arasında dünya çempionatının ikiqat qalibi olub.
Niderlandın Apeldorn şəhərində keçirilən final oyununda Serbiya millisi Braziliya yığmasını 3:0 (26:24, 25:22, 25:17) hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda oyunda İtaliya ABŞ komandasına qalib gəlib - 3:0 (25:20, 25:15, 27:25).
Qeyd edək ki, Serbiya turnirdə məğlub olmayan yeganə komanda olub. Onlar ikinci dəfə dünya çempionatının qızıl medallarını qazanıblar. Serbiya seçməsi ilk çempionluğunu 2018-ci ildə əldə edib.