Hadisə

"Music Gallery"də YANĞIN

 "Music Gallery"də YANĞIN
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən “Music Gallery” elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.